Dünya çempionu Şəmkirdə basketbol oynadı - FOTOLAR

18 Aprel 2018 13:12 Basketbol 1 456
Dünya çempionu Şəmkirdə basketbol oynadı - FOTOLAR

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Vüqar Həşimov Memorialında iştirak etmək üçün Şəmkirə gəlib.

“ShamkirChess2018” turnirinin mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, norveçli qrossmeyster yarışdan əvvəl basketbol oynamaq istədiyini bildirib.

Ötən gün Karlsen 1 saata yaxın basketbol meydançasında məharətini göstərib. Bu gün saat 18:30-da başlayacaq “ShamkirChess2018” superturnirinin açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti