"Artıq 10 ildi ki, hər həftənin bazar günü peşəkar dostlarımızla birlikdə gərgin basketbol matçımız olur" - Sportinfo.az xəbər verir ki, bu sözlər Milli Məclisin deputatı Fazil Mustafaya aiddi. O, sosial profilində maraqlı bir paylaşım edib və bu haqda aşağıdakıları yazıb:
"Bu dəfə ehtiyatda olan dostlardan biri oyundan bir epizodu çəkib və oğlum da "youtube"də yerləşdirib. Həmin oyunu 101-98 hesabı ilə məğlub olsaq da, ənənəvi olaraq bu dəfə də azı 15 "üçlük" atmaq göstəricisini təkrarladım.
Bunların da əksəriyyətini mərkəz xətti keçən kimi atdığıma görə izləyənləri heyrətləndirmək mümkün olur. Bir az da siyasətdən uzaq həyat maraqlı olar deyə, paylaşıram. Həm də sizləri idmana, hərəkətə, sağlam həyata daha həssas yanaşmağa həvəsləndirmək məqsədi güdürəm".

