Yol qəzasında öldü - VİDEO

3 Fevral 2018 17:00 Basketbol 1 040
Yol qəzasında öldü - VİDEO

ABŞ-da tanınmış basketbolçu Rəsul Batler yol qəzasında ölüb.

Sportinfo.az xəbər verir ki, hadisə Kaliforniya ştatında qeydə alınıb.

Qəza nəticəsində idmançının həyat yoldaşı, müğənni Lia Label də həyatını itirib. Məlumata görə “Range Rover” markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılaraq aşıb.

Qəzaya yüksək sürət səbəb olub. Hadisənin səbəbləri araşdırılır. 38 yaşlı Rəsul Batler Milli Basketbol Assosiasiyasında (NBA) 809 oyun keçirib.

Müxtəlif illərdə “Mayami Xit”, “Los Anceles Klippers”, “Çikaqo Buls” kimi klubların şərəfini qoruyan R.Batler karyerasını 2016-cı ildə “San Antonio Spörs” klubunda başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!