Azərbaycan çemionatında “Məhsul” və “Azəryol” qalib gəldi

13 Noyabr 2017 09:36 Basketbol 1 013
Azərbaycan çemionatında “Məhsul” və “Azəryol” qalib gəldi

Həndbolçuların superliqasında 5-ci tur sona yetib.

Sportinfo.az saytı xəbər verir ki, ilk oyunda kişilər mübarizə aparıblar. “Məhsul” və “Bakı” arasında görüşdə adı 1-ci çəkilən komanda qalib gəlib 32:27. Hərçənd ilk yarını debütant üstün tərk etmişdi (14:13)

Eyni hal qızların mücadiləsində də qeydə alındı. Turun mərkəzi matçında “Azəryol” paytaxtda “Nur”u qəbul etdi. 1-ci hissədə ölkə çempionu üstün oynadı – 20:16. Növbəti yarıda durum dəqişdi, açıq mübarizə getdi.

Geridə olan “yolçəkənlər” görüşün gedişində nəinki hesabı bərabərləşdirdilər (26:26), hətta sona yaxın irəli çıxdılar (32:31). Axırıncı dəqiqələrdə əks-hücumda 2 fürsəti fövtə verən Mingəçevir klubu yekunda uduzdu – 32:33.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti