“Biz əslində oyunu ilk periodda uduzduq, həmin 10 dəqiqədə zəif təsir bağışladıq”

16 Mart 04:00 Basketbol 467
“Biz əslində oyunu ilk periodda uduzduq, həmin 10 dəqiqədə zəif təsir bağışladıq”

“Biz əslində oyunu ilk periodda uduzduq və həmin 10 dəqiqədə zəif təsir bağışladıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Ordu” klubunun baş məşqçisi Alberto Blanko Azərbaycan Basketbol Liqasının XVIII turunda “Gəncə” ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

İspaniyalı mütəxəssis 10 xal fərqi ilə uduzduqları matçı şərh edib:

“Sonrakı periodlarda, xüsusilə böyük fasilədən sonra rəqibə ciddi müqavimət göstərdik. Bu matçı unudub, artıq qarşıdakı oyunlara hazırlaşacağıq”.

“Gəncə” – “Ordu” qarşılaşması ev sahiblərinin 84:74 hesablı qələbəsi ilə bitib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda