Türkiyəli: "Neftçi"nin uğur qazanmasına imkan vermədik"

11 Dekabr 2024 08:30 Basketbol 985
Türkiyəli: "Neftçi"nin uğur qazanmasına imkan vermədik"

"Rəqibin uğur qazanmasına imkan vermədik".

Sportinfo.az xəbər verir ki, bunu "Naxçıvan"ın baş məşqçisi Murat Dikmen "Neftçi"yə qarşı Azərbaycan Basketbol Liqasının VI turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

"Naxçıvan" - "Neftçi" qarşılaşması birincilərin 83:72 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyəli mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:

"Rəqib əvvəlki 5 oyunda da məğlub olmuşdu və daha yaxşı performans göstərmək istəyirdi. Lakin rəqibin uğur qazanmasına imkan vermədik.

İlk 5 dəqiqəni nəzərə almasaq, oyunboyu üstünlük bizim tərəfimizdə idi. Müdafiə ribaundlarında çox zəif çıxış etdik.

Rəqibimiz 24 hücum ribaundu əldə edib və ümumilikdə 26 xalı ikinci cəhddən qazanıb. Biz bu mövqedə savaşa bilsəydik qarşılaşmanın taleyini daha erkən müəyyənləşdirərdik.

Bu da bizim üçün bir dərs oldu. Həm məğlub olarkən, həm də qələbə qazanarkən öyrənmək çox vacibdir.

Oyunçularımı təbrik edirəm. Çox yaxşı mübarizə apardılar".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var