Azərbaycanlı oyunçunun komandası Türkiyə Superliqasına vəsiqə aldı

16 Aprel 2024 09:00 Basketbol 3 356
Azərbaycanlı oyunçunun komandası Türkiyə Superliqasına vəsiqə aldı

Azərbaycan yığmasının oyunçusu Orxan Aydının formasını geyindiyi “Yalovaspor” basketbol üzrə Türkiyə Superliqasına vəsiqəni təmin edib.

Sportinfo.az xəbər verir ki, komanda I Liqanın XXXIII turunda “Finalspor” üzərində qələbə qazanaraq buna nail olub.

Rəqibini 74:65 hesabı ilə məğlub edən Yalova təmsilçisi mövsümdə 28-ci qalibiyyətini qazanıb və sona bir tur qalmış çempionluğu rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO