"Sumqayıt" məğlub olarsa, pley-offa vəsiqəni təmin edəcək - "Sərhədçi"

12 Aprel 01:30 Basketbol 234
"Sumqayıt" məğlub olarsa, pley-offa vəsiqəni təmin edəcək -

Azərbaycan Basketbol Liqasında (ABL) 17-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş turun açılış oyununda "Xəzri" və "Sərhədçi" üz-üzə gəlib.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış "Xəzri" pley-off uğrunda mübarizə aparan "Sərhədçi" klubu ilə qarşılaşıb.

Oyuna fəal başlayan "Sərhədçi" rəqibi üzərində 98-70 hesablı qələbə qazanaraq, pley-off şanslarını artırıb. Bu turda "Sumqayıt" "Sabah"a məğlub olarsa, "Sərhədçi" pley-off yarışına vəsiqəni təmin edəcək.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Yusuf Mohəmməd - 24 xal, 4 ribaund ), "Sərhədçi" (Cəbrayıl Əkbərov - 18 xal, 8 ribaund)

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU