"Heç vaxt bəhanələrə sığınmadım, bu məğlubiyyətlə birlikdə liderliyi əldən verdik"

7 Aprel 03:00 Basketbol 375
"Heç vaxt bəhanələrə sığınmadım, bu məğlubiyyətlə birlikdə liderliyi əldən verdik"

"Heç vaxt bəhanələrə sığınmadım".

Sportinfo.az xəbər verir ki, bunu “Xəzri”nin baş məşqçisi Murat Dikmen "Sumqayıt"a 77:84 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının XVI turunun oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis kubok matçından sonra ardıcıl ikinci dəfə məğlubiyyətlə üzləşdiklərini bildirib:

"Amil Həmzəyev, Ceremi Maklaflin və Yusuf Məhəmməd zədəli olduqları üçün yalnız 1 gün məşq edə biliblər. Təxminən iki həftədir əksər oyunçularımız zədədən əziyyət çəkirdilər.

Ona görə də son həftələrdə yaxşı məşq edə bilməmişik. Yekunda bu gün hər kəs əlindən gələni etməyə çalışdı, lakin bu, qələbə üçün yetərli olmadı".

Dikmen mövsümdə ən pis matç keçirdiklərini söyləyib:

"Bundan sonra ümid edirəm ki, qarşıdakı görüşlərə daha yaxşı hazırlaşaraq işimizə daha da köklənərik.

Bu məğlubiyyətlə birlikdə liderliyi əldən verdik. Çempionatı ilk iki sırada bitirməyi hədəfləyirik".

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU