"Əslində ,hər şey istədiyimiz kimi getdi, lakin..."

5 Aprel 02:50 Basketbol 348
"Əslində ,hər şey istədiyimiz kimi getdi, lakin..."

“Statistikada rəqibdən daha yaxşı idik.

Bütün periodlarda onlardan yaxşı olmuşuq, amma çox bəsit top itkiləri uduzmağımıza səbəb oldu”.

Sportinfo.az xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya “Xırdalan”a 105:112 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının 16-cı turunun matçı ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis mövsümdə ən yaxşı qarşılaşmalarından birini oynadıqlarını bildirib:

“İki komanda da hücum planında yaxşı idi. Əslində, hər şey istədiyimiz kimi getdi.

Bu oyunun hazırlıqları zamanı düşündüklərimizi meydanda göstərdik. 105 xal qazandıq və bu, mövsümün rekordudur.

Lakin 21 top itkimiz oldu. Bu da məğlubiyyətimizə gətirib çıxardı”.

Alkaya pley-off şanslarının davam etdiyini söyləyib:

“Gücümüzü hər kəs gördü. Edəcək bir şey yoxdur.

Qarşıdakı oyunlarda daha yaxşı olmağa, istər çempionatda, istərsə də kubokda ən yaxşısını etməyə çalışacağıq.

“Xırdalan” da yaxşı oyun keçirdi. Onları da təbrik edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU