"Neftçi" güclü yerli və xarici oyunçulardan ibarət yaxşı komandadır"

5 Aprel 03:50 Basketbol 164
"Neftçi" güclü yerli və xarici oyunçulardan ibarət yaxşı komandadır"

"Neftçi" güclü yerli və xarici oyunçulardan ibarət yaxşı komandadır".

Sportinfo.az xəbər verir ki, bunu "NTD-İndiqo"nun basketbolçusu Cared Smоll klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının XVI turunda qarşılaşacaqları “Neftçi” ilə oyundan gözləntilərini bölüşüb:

"Neftçi" ilə qarşıdakı görüşü səbirsizliklə gözləyirik. Onları məğlub etmək üçün özümüzü ən yaxşı tərəfdən göstərməliyik.

Hazırda yaxşı vəziyyətdə olduğumuzu hiss edirik və düzgün istiqamətdə irəliləməyə davam etmək istəyirik".

"NTD-İndiqo" - "Neftçi" matçı aprelin 7-də, saat 14:00-da Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti