"Sabah"ın məğlub olmasından sonra…

28 Mart 03:50 Basketbol 236
"Sabah"ın məğlub olmasından sonra…

"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk oyunu "Gəncə" və "Şəki" arasında baş tutub.

Bu oyun "Gəncə" klubunun 85:78 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Gəncə"dən Donovan Filds (20 xal, 7 asist), "Şəki"dən Simeus Vebster (22 xal, 14 ribaund) olublar.

Günün ikinci oyununda qrupdan çıxmaq uğrunda mübarizə aparan "Sabah"la "NTD-İndiqo" üz-üzə gəlib. Bu görüşdə "NTD-İndiqo" 89:85 hesablı qələbə qazanaraq B qrupunu lider tamamlayıb.

"Sabah"ın məğlub olmasından sonra "Sərhədçi" yarımfinala vəsiqə qazanıb. Ən məhsuldar basketbolçular "Sabah"dan Endər Poladxanlı (21 xal, 10 ribaund), "NTD-İndiqo"dan Qriffin Remmi (21 xal, 11 asist) olublar.

Azərbaycan Kubokunda yarımfinal oyunları ("NTD-İndiqo" - "Xəzri", "Neftçi" - "Sərhədçi") aprelin 17-də keçiriləcək

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"