"Neftçi" qrup lideri oldu, adını yarımfinala yazdırdı

27 Mart 04:00 Basketbol 1 355
"Neftçi" qrup lideri oldu, adını yarımfinala yazdırdı

Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun "Xırdalan" və "Sumqayıt" arasında baş tutub.

Bu oyun Xırdalan klubunun 89-83 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: "Xırdalan" (Teyvion Körk- 20 xal, 5 ribaund), "Sumqayıt" (Nəzər Quliyev - 21 xal, 8 ribaund)

Günün ikinci oyununda qrup liderliyi uğrunda "Neftçi" və "Xəzri" klubları üz-üzə gəliblər. Bu görüşdə "Neftçi" 80-67 hesablı qələbə qazanaraq A qrupunu lider tamamlayıb.

Ən məhsuldar basketbolçular: "Neftçi" (Kamran Məmmədov - 26 xal, 4 ribaund), "Xəzri" (Oubri Makalpayn - 26 xal, 5 ribaund)

B qrupunda yarımfinala vəsiqə qazanacaq sonuncu klubun adına "Sabah" - "NTD-İndiqo" oyunundan sonra aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"