Xaçmaz klubu istədiyini etdi, "Xəzri" liderliyini qorudu

16 Mart 04:00 Basketbol 284
Xaçmaz klubu istədiyini etdi, "Xəzri" liderliyini qorudu

Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 15-ci turunda növbəti oyun gününün ilk qarşılaşması baş tutub.

Sportinfo.az xəbər verir ki, çempionatın güclü kollektivlərindən sayılan "NTD-İndiqo" son zamanlar yüksəlişdə olan "Sərhədçi" ilə üz-üzə gəlib.

Görüş birincilərin 84:74 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "NTD-İndiqo"dan Qriffin Remmi (22 xal, 11 asist), "Sərhədçi"dən Tarık Vudi (23 xal, 11 ribaund) olublar.

Günün ikinci oyunu "Sərhədçi" İdman Mərkəzində keçirilib. Pley-off zonasında qərarlaşan "Xırdalan" çempionatın lideri "Xəzri" ilə qarşılaşıb. Oyun "Xəzri"nin 108:82 hesablı rahat qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular "Xırdalan"dan Zeyver Bryüer (28 xal, 6 ribaund), "Xəzri"dən Ceremi Maklaflin (22 xal, 11 ribaund) olublar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"