"Neftçi"nin 11-ci QAZANCI

14 Mart 06:20 Basketbol 381
"Neftçi"nin 11-ci QAZANCI

Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, Sərhədçi İdman Mərkəzində baş tutmuş turun açılış oyununda "Neftçi" və "Gəncə" klubları üz-üzə gəliblər.

Pley-off zonasında qərarlaşmış paytaxt təmsilçisi oyuna sürətli başlayaraq, rəqibi üzərində 97-62 hesablı rahat qələbəyə sevinib. Bu, "Neftçi"nin mövsümdə 11-ci qələbəsidir.

Ən məhsuldar basketbolçular: "Neftçi" (DiAncelo Styüart - 17 xal, 7 ribaund), "Gəncə" (İrşad Hant - 19 xal, 11 ribaund)

15-ci turun növbəti oyunları ("Xırdalan" - "Xəzri", NTD-İNDİQO - "Sərhədçi", "Cəlilabad" - "Sabah", "Şəki" - "Sumqayıt") 15, 16 və 17 mart tarixlərində baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!