“Neftçi”, “Gəncə” və “Qaradağ” Azərbaycan çempionatında iştirak edəcək

14 Mart 00:10 Basketbol 221
“Neftçi”, “Gəncə” və “Qaradağ”  Azərbaycan çempionatında iştirak edəcək

Martın 15-də qadın basketbolçular arasında Azərbaycan çempionatı start götürəcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Qadınlar Liqası adı altında keçiriləcək 2 dövrədən ibarət yarışda 6 komanda mübarizə aparacaq.

Bunlar “AzStars”, “Alov”, “Neftçi”, “Xırdalan”, “Gəncə” və “Qaradağ” klublarıdır.

Reqlamentə əsasən, müntəzəm mövsümün sonunda ilk 4 pilləni tutan komandalar “dördlər finalı”nda çempionun adına aydınlıq gətirəcəklər. Çempionatın oyunları Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"