"Neftçi" bunu bacardı

11 Mart 03:20 Basketbol 294
"Neftçi" bunu bacardı

Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk oyunu "Neftçi" və "Cəlilabad" arasında baş tutub.

Qarşılaşma "Neftçi"nin 82-71 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə "Neftçi" qrupdan çıxmağı təmin edib.

Ən məhsuldar basketbolçular: "Neftçi" (Ceyms Haforn - 17 xal, 7 ribaund), "Cəlilabad" (Rişon Conson - 18 xal, 6 ribaund)

Günün ikinci oyununda qrupun lideri "Xəzri" "Xırdalan" ilə qarşılaşıb. Oyunu 75-64 hesabı ilə qalib tamamlayan "Xəzri" kubokun yarımfinalına vəsiqəni təmin edib.

Ən məhsuldar basketbolçular: "Xırdalan" (Cakori Arçi - 21 xal, 8 ribaund), "Xəzri" (Ceremi Maklaflin - 22 xal, 17 ribaund)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"