"Hədəfimiz heç olmasa, azarkeşlərimizə sevinc bəxş etməkdir"

11 Mart 02:30 Basketbol 225
"Hədəfimiz heç olmasa, azarkeşlərimizə sevinc bəxş etməkdir"

“Gəncə” basketbol klubunun baş məşqçisi Bedri Meriç cari mövsümlə bağlı hədəflərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis Azərbaycan Kubokunda “NTD-İndiqo”ya 75:98 hesabı ilə məğlub olduqları oyundan sonra bütün diqqətlərini çempionata yönəltdiklərini bildirib.

Bedri Meriç liqada uğurlu çıxış etmək arzusunda olduqlarını söyləyib:

“Kubok matçlarını ritm yaxalamaq üçün oynayırıq. Rotasiya etmək imkanı bizdən daha geniş olan rəqibə qarşı çıxış etdik.

Bundan sonra fikrimizdə çempionat matçları var. Liqada yaxşı oynayıb qələbə qazanmaq istəyirik.

Hədəfimiz heç olmasa, mövsümün sonu üçün azarkeşlərimizə sevinc bəxş etməkdir. Diqqətimiz buna yönəlib”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"