Azərbaycanlı nazir məşhur türkiyəliyə nə hədiyyə etdi?

9 Mart 2024 02:50 Basketbol 799
Azərbaycanlı nazir məşhur türkiyəliyə nə hədiyyə etdi?

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev İstanbulda Türkiyə Basketbol Federasiyasının prezidenti Hidayət Türkoğlu ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, Sinan Erdem İdman Sarayında keçirilən görüşdə layihələr və ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda E.Əmrullayev həmkarına Azərbaycan basketbol millisinin formasını hədiyyə edib.

H.Türkoğlu isə E.Əmrullayevə "Türkiyənin basketbol sevgisi" və "Türkiyənin basketbol tarixi" kitablarını bağışlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO