"Sabah"dan ardıcıl 2-ci...

7 Mart 03:50 Basketbol 272
"Sabah"dan ardıcıl 2-ci...

Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda növbəti iki oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk oyunu "Şəki" və "Sərhədçi" komandaları arasında baş tutub.

Bu oyun "Sərhədçi" klubunun 92-81 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: "Şəki" (Hüseyn Əsgərli - 20 xal, 5 ribaund), "Sərhədçi" (Cəbrayıl Əkbərov - 20 xal, 16 ribaund)

İkinci oyunda kubokun əsas favoriti "Sabah" "Gəncə" ilə qarşılaşıb. Oyunu 89-77 hesabı ilə qalib tamamlayan "Sabah" B qrupunda "NTD-İndiqo" ilə xallarının sayı bərabərləşdirib.

Ən məhsuldar basketbolçular: "Sabah" (Endər Poladxanlı - 25 xal, 8 ribaund), "Gəncə" (Derek Rouds - 21 xal, 2 asist)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!