"Neftçi"nin üzü güldü

6 Mart 03:50 Basketbol 282
"Neftçi"nin üzü güldü

Basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk oyunu "Sumqayıt" və "Cəlilabad" komandaları arasında baş tutub.

Bu oyun "Cəlilabad" klubunun 90-76 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Tay Rendal - 19 xal, 4 asist), "Cəlilabad" (Zaur Paşayev - 19 xal, 8 ribaund)

Günün ikinci oyununda kuboka yaxşı start vermiş iki klub, "Neftçi" və "Xırdalan" üz-üzə gəlib. Öz gərginliyi ilə seçilən oyunu 80-68 hesabı ilə qalib tamamlayan "Neftçi", A qrupunda "Xəzri" ilə xallarının sayı bərabərləşdirib.

Ən məhsuldar basketbolçular: "Neftçi" (Ceyms Haforn - 13 xal, 3 ribaund), "Xırdalan" (Cakori Arçi - 27 xal, 5 ribaund)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!