"Onları buna məcbur etdik"

4 Mart 03:30 Basketbol 208
"Onları buna məcbur etdik"

"Sabah" basketbol klubu Azərbaycan kubokunda "Şəki"ni məğlubiyyətə uğradıb.

Sportinfo.az xəbər verir ki, ölkə çempionunun baş məşqçisi Rimas Kurtinaytis komandasının qələbəsini şərh edib:

"3 periodda yaxşı çıxış edib oyundan öncə tərtib etdiyimiz plan üzrə hərəkət etsək də, sonuncu perioddan narazı qaldım. 4-cü periodda heyətdə dəyişikliklər etsəm də, 29 xal itirməli deyildik.

Ola bilər bəzi oyunçular hesab arasında fərqin 40 yüksəlməsindən sonra arxayınlaşdılar və görüşün artıq başa çatdığını düşündülər.

Lakin peşəkar basketbolçu hesabı düşünməməli, sona kimi mübarizə aparmalıdır. Sonuncu hissədə isə bunu görmədim.Bunun üzərində işləməliyik.

Lakin istənilən halda qələbə qələbədir. Ümumi götürsək oyun gözlədiyimiz kimi keçdi. Komanda olaraq xallar toplamağımız məni sevindirir.

28 assist etməyimiz topun hərəkətdə olduğunu göstərir. Aqressiv oynayaraq rəqibi 20 dəfə topu itirməyə məcbur etdik.

“Gəncə” ilə oyuna qədər bəzi çatışmazlıqları aradan qaldırmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"