"Çempionatda nisbətən az oynayıra, amma..."

2 Mart 03:50 Basketbol 188
"Çempionatda nisbətən az oynayıra, amma..."

"İlk oyunda "Şəki" üzərində qələbə titul yolunda ilk addım idi. Azərbaycan Kubokunu qazanmaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu "NTD-İndiqo"nun basketbolçusu Murad Babayev Azərbaycan Kubokunun II turu çərçivəsində "Şərhədçı" ilə keçirəcəkləri oyundan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

"Qarşıda bizi "Sərhədçi" ilə matç gözləyir. Qələbə qazanmaq istəyirik. Biz, "Sabah" və "Sərhədçi" bu qrupun favoritləri sayılırıq. Ona görə də bizi çox vacib və gərgin oyun gözləyir", - deyə M.Babayev söyləyib.

O, "Şəki" ilə matçda məhsuldar çıxış etdiyini xatırladıb:

"Həmin görüşdə 21 xal topladım. Komanda və məşqçilər mənə inanırlar.

Bu mənə güc verir. Kubokda yerli basketbolçuların oynamaq şansı daha çoxdur.

Çempionatda nisbətən az oynayıram. Amma baş məşqçimiz liqa matçlarında da yerli oyunçulara şansı verir və bu, bizim üçün böyük üstünlükdür.

Gənc basketbolçularımız Maqsud və Məhəmməd də kubokun ilk oyununda çıxış ediblər. Deyərdim ki, çox yaxşı oynayıblar".

"NTD-İndiqo" Azərbaycan Kubokunun I turunda "Şəki"ni 103:63 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!