Azərbaycan millisi 13 pillə irəlilədi, 105-ci yerdə qərarlaşdı

2 Mart 2024 02:40 Basketbol 531
Azərbaycan millisi 13 pillə irəlilədi, 105-ci yerdə qərarlaşdı

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi FIBA-nın yenilənmiş reytinq cədvəlində 13 pillə irəliləyib.

Sportinfo.az xəbər verir ki, hesabında 80 xal olan təmsilçimiz 160 komandanın sıralamasında 105-ci pillədə qərarlaşıb.

Milli fevralda dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İsveçrəyə 53:72 hesabı ilə uduzub, doğma meydanda Kosovoya qalib gəlib - 87:77.

Yığmanın qrupdakı rəqiblərindən İsveçrə (175,6 xal) 62-ci, Kosovo (118,2 xal) 79-cu, İrlandiya (109 xal) 88-ci pillədə yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti