“Neftçi” kubokda ilk qələbəsini qazandı - A” qrupunda

2 Mart 2024 00:10 Basketbol 440
“Neftçi” kubokda ilk qələbəsini qazandı - A” qrupunda

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun “A” qrupunda iki oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk oyunu “Neftçi” və “Sumqayıt” komandaları arasında baş tutub.

Favorit “Neftçi” rəqib üzərində 87:76 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular “Neftçi”də Alfonso Stüart (21 xal, 8 ribaund), “Sumqayıt”da Roderik Smit (21 xal, 9 ribaund) olublar.

Günün ikinci oyununda çempionatın lideri “Xəzri” “Cəlilabad”la qarşılaşıb. Paytaxt klubu bu oyunda çətinlik çəkmədən 86:69 hesablı qələbə qazanıb.

Bu kubokda “Xəzri”nin ardıcıl ikinci qələbəsi olub. Ən məhsuldar basketbolçular “Xəzri”də Cordan Perkins (20 xal, 9 ribaund), “Cəlilabad”da Zaur Paşayev (21 xal, 6 asist) olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti