Nazir açıqladı - Azərbaycan millisinə pul verəcək

27 Fevral 02:20 Basketbol 554
Nazir açıqladı - Azərbaycan millisinə pul verəcək

Azərbaycan Basketbol Federasiyası (ABF) DÇ-2027-nin Avropa üzrə seçmə mərhələsinin II turunda Kosovo üzərində qələbə qazanan milli komandaya (87:77) pul mükafatı verəcək.

Sportinfo.az xəbər verir ki, bunu ABF-nin prezidenti Emin Əmrullayev deyib.

Qurum rəhbəri A qrupunda keçirdiyi ikinci matçında ilk qalibiyyətini əldə edən Azərbaycan yığmasının çıxışına münasibət bildirib:

“İlk dəfədir dünya çempionatının seçmə mərhələsində çıxış edirik. Bu qələbə Azərbaycan basketbolunun inkişafında irəliyə doğru addımdır.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində əsl bayram ab-havası hökm sürürdü. Bu seçmə mərhələ basketbolumuz üçün yeni nəfəsdir.

Uğurlar artdıqca tribunalara daha çox azarkeş gələcək”.

Yığma ilk turda səfərdə İsveçrəyə 53:72 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!