Rayon komandasına qalib gəldi, çempionatın vahid lideri oldu - "Xəzri"

9 Fevral 01:40 Basketbol 213
Rayon komandasına qalib gəldi, çempionatın vahid lideri oldu -

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 14-cü turunun növbəti oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, çempionatın güclü kollektivlərindən sayılan "Xəzri" qələbəsi olmayan "Şəki" ilə qarşılaşıb.

Oyunun son dəqiqələrində öz ağırlığını ortaya qoyan paytaxt klubu "Xəzri" yekunda 94-85 hesablı qələbə qazanıb.

Bu qələbə ilə "Xəzri", turnir cədvəlində "Sabah" klubunu geridə qoyaraq çempionatın vahid lideri olub.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Yusuf Mohamed - 23 xal, 6 ribaund), "Şəki" (Pol Dibal - 23 xal, 6 ribaund)

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!