"Neftçi" məşhur məşqçiyə Azərbaycanda ilk üzüntüsünü yaşatdı - FOTOLAR

8 Fevral 03:00 Basketbol 859
"Neftçi" məşhur məşqçiyə Azərbaycanda ilk üzüntüsünü yaşatdı - FOTOLAR

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 14-cü turunun açılış oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, günün yeganə matçında "Sabah" və "Neftçi" qarşılaşıb.

Görüş "ağ-qaralar"ın 101:87 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, "bayquşlar"ın Rimas Kurtinaytisin rəhbərliyi altında ilk məğlubiyyəti olub.

Ən məhsuldar basketbolçular "Sabah"dan Mayk Holton (17 xal, 5 asist), "Neftçi"dən isə Alfonso Villis (25 xal, 6 ribaund) olublar.

14-cü turun digər oyunları ("Xəzri" - "Şəki", "Sumqayıt" - "Cəlilabad", "Gəncə" - "Sərhədçi", "NTD-İndiqo" - "Xırdalan") fevralın 8-11-i aralığında baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!