Azərbaycan komandaları Ermənistan yığmaları ilə eyni qruplara düşdü - FOTO

7 Fevral 00:50 Basketbol 395
Azərbaycan komandaları Ermənistan yığmaları ilə eyni qruplara düşdü - FOTO

Basketbol üzrə aşağı yaş qruplarından ibarət Azərbaycan yığmalarının Avropa çempionatındakı rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, 20 yaşadək oğlan basketbolçulardan ibarət yığma B divizionunun B qrupunda Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiya ilə qarşılaşacaq.

Bu qrupun oyunları iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək.

18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi iyulun 23-28-də Albaniyanın Elbasan şəhərində təşkil olunacaq C divizionunun B qrupunun oyunlarında Moldova, Ermənistan və Monako komandaları ilə üz-üzə gələcək.

Eyni yaş qrupu üzrə qızlardan ibarət kollektiv isə həmin tarixlərdə Kosovonun Priştina şəhərində keçiriləcək C divizionunun B qrupunun matçlarında Albaniya, Gürcüstan və Ermənistan yığmalarını sınağa çəkəcək.

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət millisi C Divizionunda Albaniya, Malta və Moldova ilə birlikdə A qrupunda mübarizə aparacaq. Görüşlər iyulun 9-14-də Albaniyanın Durres şəhərində olacaq.

Eyni tarixlərdə qızlardan ibarət U-16 yığması isə C divizionunun A qrupunda Gürcüstan, Ermənistan və Kipr seçmələrinə rəqib olub. Bu qrupun oyunları Cəbəllütariqdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!