"Bunun qarşılığını almalıyıq"

2 Fevral 03:00 Basketbol 257
"Bunun qarşılığını almalıyıq"

“Gəncə”nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının 13-cü turunda “Xırdalan”a qarşı keçirdikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, komandasının uduzduğu matçla bağlı fikirlərini bölüşüb:

“Rəqibi təbrik edirəm. Biz yaxşı oynasaq da, təəssüf ki, qalib gələ bilmədik. Liqanın ilk 4 pilləsində olan komandalarla ardıcıl qarşılaşdıq.

Bütün bu oyunlarda hesabda önə keçsək də, üstünlüyü qorumaq müyəssər olmur. Meydanda yaxşı çıxış edirik.

Bunun qarşılığını almalıyıq. Rəqibin sürətli hücumlarla irəliyə getdiyini bilirdik. Buna görə də tədbir görmüşdük.

Lakin bəzi anlarda həmlələrin qarşısını almaqda çətinlik çəkdik. Belə hücumlarda 30 xal qazandılar.

Oyunu da bunda uduzduq. Qarşıda “Sərhədçi” ilə ev matçımız var. Bütün fikrimizi bu görüşə yönəltməliyik. Mütləq qalib gəlmək üçün meydana çıxacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!