“Sabah” qədər maaş verə bilmirlər” – 18 ildən sonra Azərbaycana qayıdan əcnəbi

31 Yanvar 01:20 Basketbol 640
“Sabah” qədər maaş verə bilmirlər” – 18 ildən sonra Azərbaycana qayıdan əcnəbi

“Azərbaycan basketbolunda vəziyyət xeyli dəyişib”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah” basketbol komandasının yeni baş məşqçisi Rimas Kurtinaytis ölkəsi Litvada “15min.lt” saytına açıqlamasında deyib.

“Sabah”la 1,5 illik müqavilə bağlayan 63 yaşlı mütəxəssis yeni təyin olunduğu klubda maliyyə durumunun yaxşı olduğunu bildirib:

“Rəqabətli liqa yaradılıb. “Sabah” futbol klubunun himayəsi altında yaradılan eyniadlı basketbol komandası Azərbaycan çempionu olub.

Litvanın heç də bütün klubları əcnəbi basketbolçulara “Sabah” qədər maaş verməyə hazır deyil”.

2002-2006-cı illərdə Azərbaycanda fəaliyyət göstərmiş təcrübəli çalışdırıcı sabiq komandası “Qala”dakı dönəmi də yada salıb:

“18 ildən sonra qayıdıram. Azərbaycanda olmuşam, orada işlərin necə getdiyini, hamımızın sıfırdan necə başladığımızı bilirəm.

Liqa qurduq, milli komanda yığdıq, yığma ilə İslamiadanı qazandıq.

Yeri gəlmişkən, yarımfinalda bir neçə il sonra Yay Olimpiya Oyunlarında çıxış edən İrana qalib gəldik. Düzü, “Qala” klubunun hələ də mövcud olub-olmadığını bilmirəm”.

Digər Xəbərlər
Xəbər Lenti