"Bunu nəzərə alıb komandanı ona uyğun hazırlamışam"

24 Yanvar 04:00 Basketbol 446
"Bunu nəzərə alıb komandanı ona uyğun hazırlamışam"

“Sabah”a qarşı oynamaq çətin olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu “Xırdalan”ın baş məşqçisi Uğur Özdəmir “Sabah”a qarşı keçiriləcək Azərbaycan Basketbol Liqasının XII tur oyunu ilə bağlı danışarkən deyib.

Komandasının hazırkı durumunu dəyərləndirən 32 yaşlı türkiyəli mütəxəssis “Sabah”la görüşün sərt alınacağını düşünür:

“Sumqayıt”la matça qədər gərgin hazırlıq dönəmindən keçdiyimiz üçün axırıncı qələbədən sonra komandama iki gün istirahət vermişdim.

Qısa zaman olmasına baxmayaraq, bunu yetərli saya bilərik. “Sabah” avrokuboklarda oynadığı üçün hücumda və müdafiədə çox sərt komandadır.

İlk görüşümüz də sərt şəkildə keçmişdi. Bunu nəzərə alıb komandanı ona uyğun hazırlamışam.

Hazırda heyətlə bağlı heç bir problem yoxdur və “Sabah”la qarşılaşmada qələbəni hədəfləmişik”.

Yanvarın 24-də keçiriləcək “Sabah” – “Xırdalan” oyunu saat 19:30-da başlayacaq. Hazırda “Sabah” 21 xalla turnir cədvəlinə başçılıq edir, “Xırdalan” isə 17 xalla beşinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!