"Sabah" əsas rəqibini üstələdi, vahid lider oldu

22 Yanvar 00:10 Basketbol 230
"Sabah" əsas rəqibini üstələdi, vahid lider oldu

Azərbaycan Basketbol Liqasında 11-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında son çempion "Sabah" "NTD-İndiqo"nun qonağı olub.

Xaçmazda keçirilmiş görüşdə "Sabah" 83:79 hesabı ilə qələbə qazanıb.

Bu qələbədən sonra aktivindəki xalların sayını 21-ə yüksəldən bakılılar liqanın vahid liderinə çevrilib.

"NTD-İndiqo" isə 20 xalla ikinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti