“Neftçi”yə məğlubiyyətin bir neçə səbəbini açıqladı

19 Yanvar 02:30 Basketbol 324
“Neftçi”yə məğlubiyyətin bir neçə səbəbini açıqladı

“Cəlilabad”ın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XI turunda “Neftçi”yə 63:72 hesablı məğlubiyyətin səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bunu heyətdəki zədəlilərin çoxluğu ilə əlaqələndirib:

“Neftçi”yə qarşı xüsusi planlarımız var idi. Əsasən rəqibin mərkəz oyunçusunu bağlamağa çalışırdıq.

Heyətimiz tam deyildi, itkilərimiz var idi. Seyidhüseyn Eynullayev və Kobi Tomasın zədəsinin üstünə ikinci hissə başlayan kimi Camani Pirsin zədəsi də gəldi.

Camani ən güclü oyunçularımızdan biridir. Matçı onsuz davam etdirmək bizə əlavə çətinlik yaratdı və bu itkilərin nəticəsində dördüncü periodda fiziki cəhətdən çatdırmadıq. Yekunda məğlub olduq”.

“Cəlilabad” hazırda 15 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti