COP29

"Oynamağı dayandırdıq"

16 Yanvar 08:20 Basketbol 326
"Oynamağı dayandırdıq"

"Biz 4-cü periodda oynamağı dayandırdıq və belə həlledici mərhələdə hədsiz top itkilərinə yol verdik".

Sportinfo.az xəbər verir ki, bunu "Şəki"nin baş məşqçisi Aleks Uco "Xırdalan"a 92:107 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının X turunun oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis rəqibə topu çox asanlıqla uduzanda qalib gəlməyin olduqca çətin olduğunu vurğulayıb.

"Xırdalan"ın "sükanı arxasında" olan Uğur Özdəmir isə qarşılaşmaya tam motivasiya ilə kökləndiklərini söyləyib:

"Psixoloji olaraq hazır idik. Çətin olacağını bilirdik. Amma ümumi olaraq matça nəzarət bizdə oldu.

Bəzi anlarda rəqib xal fərqini azaltdı. Amma oyunçularım tez toparlana bildilər. Qarşıda bizi çox kritik oyunlar gözləyir".

Digər Xəbərlər
Xəbər Lenti