COP29

"Sürpriz etmək istəyirik"

13 Yanvar 04:00 Basketbol 289
"Sürpriz etmək istəyirik"

"Sabah"a qarşı matçda sürpriz etmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının X turunda "Sabah"la üz-üzə gələcək "Gəncə"nin baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis matça səylə hazırlaşdıqlarını söyləyib:

"Qış istirahəti ilə bağlı düşərgəni tərk edən basketbolçular kluba dönüblər. Bazar gününə qədər matça hazır olacağıq”.

Türkiyəli baş məşqçi bütün diqqətin həftəsonu reallaşacaq görüşə yönəldiyini bildirib:

“Rəqibimiz liqanın səviyyəsindən üstün olan bir kollektivdir. Avrokubok yarışları üçün yığılmış heyətləri var.

Bizim təqvimlə bağlı şanssızlığımız var. Startda ard-arda iddialılarla oynayırıq.

Çempionatın 3 ən yaxşı klubu ilə indi də evdə qarşılaşacağıq. Liqanın əvvəlində tam olaraq hazır deyildik, zaman irəlilədikcə uyğunlaşma yarandı.

Uşaqlar bir-birilərinə inanırlar. Öz meydanımızda oynamağın üstünlüyü də var.

“Sabah”a qarşı matçda sürpriz etmək istəyirik. Gəncədəki oyunlarda rəqibləri çətin vəziyyətə salmağa çalışacağıq.

Onları asan mübarizə gözləmir. Pley-off yolunda üstünlük qazanmaq istəyirik”.

Basketbolçuların fasilə müddətindəki fərdi hazırlığından da danışan Bedri Meriç oyunçuların çəki ilə bağlı probleminin yaranmadığını vurğulayıb:

“Tətilə gedən oyunçuların məşq proqramını özüm izlədim. Hamısı tapşırıqlara uyğun çalışdılar.

Fiziki cəhətdən hər hansı problem yoxdur. Məşqdən də geri qalmayıblar.

Kluba yaxşı durumda qayıdıblar”.yd edək ki, noyabrın 14-də reallaşacaq "Gəncə" - "Sabah" qarşılaşması saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!