COP29

Yeni transfer: "Azərbaycan çempionu olmaq istəyirəm”

12 Yanvar 02:10 Basketbol 295
Yeni transfer: "Azərbaycan çempionu olmaq istəyirəm”

“Azərbaycan çempionu olmaq istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bunu “NTD-İndiqo”nun basketbolçusu Qalen Smit deyib.

Xaçmaz təmsilçisinə yeni transfer olunan 25 yaşlı oyunçu keçidini dəyərləndirib:

“NTD-İndiqo”nun bir hissəsi olmaqdan məmnunam. Agentim mənə dedi ki, Azərbaycandan təklif var, onu qəbul etməyə qərar verdim”.

Basketbolçu yeni komandasına titullar qazanmaqda kömək etmək istədiyini söyləyib:

“İddialı komandamız var. Azərbaycan Liqası haqqında ətraflı məlumatım yoxdur.

Ancaq buraya gəlməzdən əvvəl “NTD-İndiqo”nun bir neçə oyununa baxdım. Komanda çox yaxşı təəssürat yaratdı.

Klubuma titullar qazanmaqda kömək etmək istəyirəm”.

Son olaraq Gürcüstanın “Kavkasia” klubunda çıxış edən Qalen Smit “NTD-İndiqo” ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.

Komanda Azərbaycan Basketbol Liqasında 9 turdan sonra 17 xalla ikinci pillədə qərarlaşıb. Lider “Sabah” da eyni xala malikdir.

Digər Xəbərlər
Xəbər Lenti