COP29

“Neftçi” 2 xal az topladı, “Xəzri” qələbə qazandı

11 Yanvar 15:40 Basketbol 241
“Neftçi” 2 xal az topladı, “Xəzri” qələbə qazandı

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 10-cu turunun və ikinci dövrənin açılış oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, “Xəzri” və “Neftçi” arasında keçirilən oyunda, mübarizə qarşılaşmanın son dəqiqlərinə qədər davam edib.

Yekunda “Xəzri” 86-84 hesablı qələbə qazanıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçularından olan Amil Həmzəyev dominant oyun nümayiş etdirərək “Xəzri”yə qalibiyyət gətirib. (22 xal, 8 ribaund), “Neftçi”də isə, Kamran Məmmədov lider olub. (20 xal, 6 ribaund)

10-cu turun növbəti oyunları (“Sumqayıt” – “NTD-İNDİQO”, “Cəlilabad” – “Sərhədçi”, “Şəki” – “Xırdalan”, “Gəncə” – “Sabah”) 12, 13 və 14 yanvar tarixlərində baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 May 02:10 Mariyanın son şansı
11 May 01:50 Kim kimi təhqir edir?