COP29

Azərbaycan millisinin baş məşqçisi: “Sonadək döyüşəcəyik”

9 Yanvar 08:50 Basketbol 448
Azərbaycan millisinin baş məşqçisi:  “Sonadək döyüşəcəyik”

“Ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın 3x3 qadın basketbol millisinin baş məşqçisi Ratomir Deliç “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan təsnifat matçlarındakı rəqibləri dəyərləndirərkən deyib.

Serbiyalı mütəxəssis bütün komandaların güclü olduğunu bildirib:

“Hər bir kollektivin şansı var. Güclü komanda seçməli olsam, Niderland millisinin adını çəkərdim.

Onlar favoritlərdən biri hesab olunurlar. Bu, idmandır və hər şey ola bilər.

İndi nəsə deməyin mənası yoxdur. Sadəcə, nəyə qadir olduğumuzu göstərməliyik.

Oyunçularımın qarşıya qoyulan məqsədə çatmaq üçün sonadək döyüşəcəklərinə inanıram”.

O, komandanın təlim-məşq toplanışına qatılacağını söyləyib:

“Serbiyada hazırlıq keçəcəyik. Ümid edirəm ki, mart ayında hansısa turnirdə iştirak edərik.

Bilirsiniz ki, yeni formalaşmış komandayıq. Qızlar ötən mövsüm birlikdə oynamadılar. Təcrübə toplamalıyıq”.

Azərbaycan millisi təsnifat oyunlarında Honkonq, Niderland, Macarıstan, Polşa, Monqolustan, Misir və Çili komandaları ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti