COP29

“Neftçi” dünya reytinqində üçüncü pillədə yer aldı - SİYAHI

8 Yanvar 03:00 Basketbol 506
“Neftçi” dünya reytinqində üçüncü pillədə yer aldı - SİYAHI

“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası dünya reytinqində üçüncü pillədə yer alıb.

Sportinfo.az xəbər verir ki, Brianna Freyzer, Erika Karter, Aleksandra Mollenhauer və Dina Ulyanovadan ibarət komanda 543,813 əmsalla ilk “üçlük”də qərarlaşıb.

30 komandanın yer aldığı reytinqə 628,222 əmsalla Kanada millisi başçılıq edir. Çin yığması (591,292) ikinci sırada qərarlaşıb.

İlk “10-luq”da yer alan komandalar:

1. Kanada - 628,222

2. Çin - 591,292

3. “Neftçi” (Azərbaycan) - 543,813

4. ABŞ - 409,451

5. Fransa - 407,802

6. Almaniya - 383,461

7. İspaniya - 369,706

8. “Yuanda” (Çin) - 345,176

9. Niderland - 335,568

10. “Düsseldorf” (Almaniya) - 319,771

Digər Xəbərlər
Xəbər Lenti