Azərbaycan komandası əcnəbi baş məşqçisini dəyişdi

4 Yanvar 2024 13:35 Basketbol 1 032
Azərbaycan komandası əcnəbi baş məşqçisini dəyişdi

Mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” basketbol komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis Vladimir Boşnyakla yollar ayrılıb.

Onu bu postda türkiyəli Evren Alkaya əvəzləyib.

Evren Alkaya həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir.

“Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!