Basketbol üzrə yığmaya yeni baş məşqçi təyin olundu

20 Yanvar 2017 08:48 Basketbol 975
Basketbol üzrə yığmaya yeni baş məşqçi təyin olundu

Basketbol üzrə Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Basketbol Federasiyasının prezidenti Hidayət Türkoğlu açıqlama verib. O, bildirib ki, Ergin Atamanı Ufuk Sarıca əvəzləyib.

Yığma komandada işləməsinə baxmayaraq, U.Sarıca "Beşiktaş" klubundakı baş məşqçilik vəzifəsinə də davam edəcək. Yeni baş məşqçi bu il keçiriləcək Avropa çempionatında uğur qazanmağı hədəflədiklərini bildirib. Ufuk Sarıcanın rəhbərlik etdiyi klub Super Liqada 14 oyundan 11-də, Çempionlar Liqasında isə 12 qarşılaşmanın 10-da qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!