COP29

Böyük hesabla uduzmaqlarının səbəbi nə imiş?

27 Dekabr 2023 02:40 Basketbol 327
Böyük hesabla uduzmaqlarının səbəbi nə imiş?

"Həm hücumda, həm də müdafiə strategiyasında pis oynadıq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasında çıxış edən "Şəki"nin baş məşqçisi Aleks Uco "NTD-İndiqo"ya 54:120 hesabı ilə uduzduqları IX turun oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis qarşılaşmada çox sərt oynamadıqlarını və matçda aktiv qalmadıqlarını söyləyib:

"Halbuki bu baxımdan komanda ilə razılaşmışdıq və belə oynamağa söz vermişdik. 19 xal itkisi və rəqibimizin bundan 33 xal toplaması güclü rəqabət aparmaq istəyən komanda üçün böyük geriləmədir".

Baş məşqçi böyükhesablı məğlubiyyətə də toxunub:

"66 xallı yüksək fərqlə niyə uduzduğumuzu göstərən statistik hesabatı sizə təqdim edə bilərəm. Ehtiyatdan meydana çıxan basketbolçular oyunumuzda yüksəliş edə bilmədilər.

Hər halda biz hələ də ağır məşqlərə davam edib, hücum və müdafiə planında oyunumuzu düzəltməyə çalışacağıq".

"Şəki" 9 xalla çempionatın sonuncu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti