COP29

“Komanda yoldaşlarım məni tapırdılar, öz işimi görürdüm”

23 Dekabr 2023 03:10 Basketbol 285
“Komanda yoldaşlarım məni tapırdılar, öz işimi görürdüm”

“Çempionluq şansımız kifayət qədər yüksəkdir”.

Sportinfo.az xəbər verir ki, bunu “NTD-İndiqo”nun basketbolçusu Rəşid Abbasov klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, mövsümün sonunda qızıl medallar qazanacaqlarına inanır: “Heyətə səviyyəli azərbaycanlılar və xaricdən gələn təcrübəli oyunçular daxildir. Hamı çempionluq uğrunda mübarizəyə hazırdır”.

Basketbolçu VIII turda “Cəlilabad” üzərində qələbə qazandıqları (108-93) görüşü də şərh edib:

“Komanda əla oynadı. Xüsusən də Əkbər Məmmədov və Murad Babayevi qeyd edərdim.

Komanda oyunu oynadıq və qələbə qazanmaq çətin olmadı. Komanda yoldaşlarım məni meydançada tapırdılar, sadəcə, öz işimi görürdüm.

Düzdür, hesabımda +20 xal olan ilk görüşümdür. Amma əminəm ki, sonuncu olmayacaq”.

“NTD-İndiqo” Azərbaycan Basketbol Liqasının IX turunda, dekabrın 24-də “Şəki”nin qonağı olacaq. Rəşid Abbasov qələbəyə əmindir:

“Qələbə qazanmaq əzmindəyik. Matça hazırlaşırıq və əminəm ki, bu dövrəni daha bir qalibiyyətlə başa vuracağıq

. İlk dövrədə 7 qələbə qazanmışıq və cəmi 1 məğlubiyyətə üzləşmişik. Fikirləşirəm ki, yaxşı vəziyyətdəyik

. Liqada birinci dövrəni bir məğlubiyyətlə başa vuracağıq. Bu da kifayət qədər yaxşı nəticədir”.

8 turda 15 xal toplayan “NTD-İndiqo” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 May 02:10 Mariyanın son şansı
11 May 01:50 Kim kimi təhqir edir?