COP29

"Neftçi" və "Sabah" çətin qələbə qazandı

21 Dekabr 2023 12:00 Basketbol 278
"Neftçi" və "Sabah" çətin qələbə qazandı

Azərbaycan Basketbol Liqasında (ABL) 9-cu turun həm açılış, həm də mərkəzi oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan günün ilk oyununda "Neftçi" və "Sərhədçi" üz-üzə gəlib.

Bu görüşdə "Neftçi" 88-86 hesablı çətin qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Neftçi" (Toraje Breyk - 25 xal, 14 asist), "Sərhədçi" (Brendon Miller - 29 xal, 11 asist).

Liderlər qrupunda qərarlaşmış "Xəzri" və "Sabah" qarşılaşıb. Gərgin oyunun yekununda 84-80 hesabı ilə sevinən tərəf "Sabah" olub.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Amil Həmzəyev - 17 xal, 5 ribaund ), "Sabah" (Mayk Holton - 18 xal, 4 asist).

Digər Xəbərlər
Xəbər Lenti