COP29

“Gəncə” bu gün “Şəki” üzərində qələbə qazandı

16 Dekabr 2023 22:00 Basketbol 272
“Gəncə” bu gün “Şəki” üzərində qələbə qazandı

Azərbaycan Basketbol Liqasında VIII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün yeganə matçında "Gəncə" "Şəki"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 78:66 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran "Gəncə" 6-cı pillədə qərarlaşıb. 8 xala malik qonaqlar sonuncu sıradadır.

Tura dekabrın 17-də "NTD-İndiqo" - "Cəlilabad" görüşü ilə yekun vurulacaq.

Əvvəlki oyunlarda "Xəzri" "Sərhədçi"ni (117:100), "Xırdalan" "Neftçi"ni (102:80), "Sabah" isə "Sumqayıt"ı (105:79) məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti