"Sabah" qalib gəldi, "Neftçi" "Xırdalan"a uduzdu

16 Dekabr 2023 10:00 Basketbol 643
"Sabah" qalib gəldi, "Neftçi" "Xırdalan"a uduzdu

Azərbaycan Basketbol Liqasında (ABL) 8-ci turun növbəti oyunları baş tutub.

Sportinfo.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş günün ilk oyununda "Sabah" və "Sumqayıt" üz-üzə gəlib.

Liderlər qrupunda qərarlaşmış "Sabah'', rəqibi üzərində 105-79 hesablı qələbəyə sevinib.

Ən məhsuldar basketbolçular: "Sabah" (Artoyms Butyankovs - 18 xal, 7 ribaund), "Sumqayıt" (Smit Roderik- 18 xal, 9 ribaund)

Günün ikinci oyununda yeni transferləri ilə güclənmiş "Xırdalan", zədə səbəbindən iki əsas oyunçusu olmayan "Neftçi" ilə qarşılaşıb. Oyun "Xırdalan"ın 102-80 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: "Xırdalan" (Zeyver Bryuer - 24 xal, 6 ribaund ), "Neftçi" (Ceyms Haforn - 18 xal, 8 ribaund)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti