"Yeni oyunçulara ehtiyacımız var, bu, bizim üçün çox vacibdir”

15 Dekabr 2023 02:50 Basketbol 673
"Yeni oyunçulara ehtiyacımız var, bu, bizim üçün çox vacibdir”

"Yeni oyunçulara ehtiyacımız var. Bu bizim üçün çox vacibdir".

Sportinfo.az xəbər verir ki, bunu "Sərhədçi"nin baş məşqçisi Vladimir Boşnyak "Xəzri"yə 110:117 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının VIII turunun matçından sonra deyib.

Serbiyalı mütəxəssis bu görüşdə tam heyətlə oynaya bilmədiklərini söyləyib:

"Bu, bizə təsir etdi. Ben Stivensin yoxluğu da çətinliklər yaşatdı. Həm də rəqib daha yaxşı oynad

ı. Təkbətək mübarizələrdə onlara uduzduq. Artıq ardıcıl məğlubiyyətlər alırıq.

Ümid edirəm ki, qarşıda bizi daha yaxşı matçlar gözləyir. İlk hissədə heç də pis olmadı, amma sonra vəziyyət dəyişdi.

İkinci hissədə, ümumiyyətlə, zəif çıxış etdik, çox top itirdik. Bunların üzərində işləmək lazımdır”.

"Sərhədçi" hazırda 10 xalla 7-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti