Bakı klubu yeni baş məşqçi ilə bağlı qərar verməyə tələsmir

12 Dekabr 2023 02:00 Basketbol 637
Bakı klubu yeni baş məşqçi ilə bağlı qərar verməyə tələsmir

“Sabah” basketbol klubu yeni baş məşqçi ilə bağlı qərar verməyə tələsmir.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında paytaxt təmsilçisinin idman direktoru Elşən Yusubov deyib.

O bildirib ki, komandaya hələlik Nikola Bozinovski rəhbərlik edəcək:

“Baş məşqçi məsələsi hələ ki açıq qalır. Buna nə vaxt baxılacağı ilə bağlı heç bir məlumat yoxdur.

Hələlik baş məşqçi əvəzi Nikola Bozinovski bu vəzifəni icra edir. Komandanı məşqlərə, oyunlara o çıxarır.

Bozinovski sabiq çalışdırıcı Boban Mitevlə birlikdə gəlmişdi. Onun müqaviləsinin müddəti mövsümün sonuna qədərdir”.

Elşən Yusubov əlavə edib ki, Mitev öz istəyi ilə ayrılmasaydı, rəhbərlik onu postunda saxlayacaqdı:

“Mitevin ailəsində problem var idi. Anası və yoldaşı xəstə idi. Ona görə də burada qala bilmədi. Qalmaq istəsəydi, əlbəttə ki, işini davam etdirəcəkdi”.

"Sabah” hazırda 13 xalla Azərbaycan Basketbol Liqasına başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti