Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 7 -ci turunun son oyunu baş tutub.
Sportinfo.az xəbər verir ki, “Sabah” səfərdə “Şəki”yə qarşı oyunda 101-76 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular: “Şəki” (Simeus Vebster - 18 xal, 5 ribaund), “Sabah” (Desmond Kembric - 17 xal, 4 ribaund)
"Sabah"ın baş məşqçi əvəzi Nikola Bozinovski "Şəki" üzərində qələbədən sonra danışıb. Ökə çempionunun şimali makedoniyalı məşqçisi komandasının qalibiyyəti haqda fikirlərini bildirib:
"Oyuna pis başladıq. Rəqib müdafiəmizdəki səhvlərdən istifadə edərək bizi cəzalandırdı.
Lakin vəziyyəti düzgün təhlil edib geridönüş etməyi bacardıq. Müdafiədə daha yaxşı təsir bağışlamağa başladıq və sona kimi oyunun gedişatına nəzarət etdik".

